Lüğət

Əqd - Ərəb dilindən tərcüməsi "bir şeyin ətraflarını, uclarını birləşdirmək" deməkdir. Əqd gündəlik həyatın ən müxtəlif sahələrinə aid ola bilər: nikah əqdi, ticarət əqdi, vəkalət əqdi və s.

Əqiqə - Ailədə uşaq doğularkən onun adma qurbanlıq heyvan kəsilməsi. Əqiqə qurbanını doğumun ilk həftəsində, uşağa ad qoyduqdan sonra kəsmək müstəhəbdir.

Ərbəin - Ərəb dilindən tərcüməsi “qırx” deməkdir. İmam Hüseynin faciəli şəhadətindən sonrakı 40-cı günü ifadə edir. Ərbəin mərasimləri səfər ayının 20-də (aşuradan 40 gün sonra) təşkil edilir.

Ərş - Lüğətdə “yüksəklik, tavan, çadır, çardaq, taxt” mənalarını verir. Dini anlamda həqiqi mahiyyəti, ölçü və hüdudu insan ağlı vasitəsilə qavranıla bilməyən, yalnız Uca Allaha məlum olan, kürsini əhatə edən ilahi taxt və hökmranlıq deməkdir.

Əshab - Müsahib, dost, yoldaş. “Sahib” kəlməsinin cəmidir. “Səhabə” sözünün sinonimi kimi istifadə edilir.

Əxbar - "Xəbər" sözünün cəmidir.

Əzim - Allahın adlarından (əsmai-hüsna) biri. Əzim “əmrlərinə etiraz edilməyən, zatının və sifətlərinin mahiyyəti başa düşülməyəcək qədər uca olan varlıq” mənasını ifadə edir.

Əzrail - Dörd böyük mələkdən biri. Can almaqla vəzifələndirilmiş mələk.

Faili-muxtar - Tərcüməsi "seçim hüququ əsasında hərəkət edən" deməkdir.

Fasiq - İlahi əmrlərə itaətdən ayrılıb üsyankar olan mömin, yaxud kafir.

lügət