Lüğət

Cünub - Cənabət (qüslsuz) halına düşmüş şəxs.

Cüz - Ərəb dilindən tərcüməsi "hissə, parça" deməkdir. Qurani-Kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyəbölmüşlər. Bunlara cüz deyilir. Hazırkı Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hizbə bölünür.

Dəbbətül-Ərz - "Canlı, minik heyvanı" mənalarını verən "dabbə" kəlməsi ilə "yer" mənasını bildirən "ərz" kəlməsinin birləşməsindən meydana gələn ifadə. Dini anlamda qiyamət əlamətlərindən biri kimi dünyanın sonunda yerdən çıxacaq canlı şəklində təsəvvür edilir. Quranda bu barədə buyrulmuşdur: "Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən bir heyvan çıxaracağıq ki, onlarla danışıb (bizim adımızdan). "İnsanlar ayələrimizə inanmırdılar" - deyər" (Nəml, 82). Dabbətül-ərzin hansı şəkildə olacağı və nə zaman görünəcəyi dəqiq məlum deyil.

Dəlalət - Məntiq elminin termini hesab edilir. “Dəlalət”in sözlü (ləfzi) və sözsüz (qeyri-ləfzi) olmaqla iki növü vardır. Məsələn: “kitab” sözünün iki qapaq arasındakı yazılmış mətnə dəlalət etməsi sözlü (ləfzi) dəlalət, tüstünün alova dəlalət etməsi isə sözsüz (qeyriləfzi) dəlalətdir.

Dəstəmaz - Bəzi ibadətləri icra etmək üçün yerinə yetirilən təmizlik ayini.

Diyə - Qətl nəticəsində ödənilən təzminat.

Ehram - Həcc və ya ümrə niyyəti edən şəxsin digər vaxtlarda halal olan bir sıra əməlləri sözügedən ibadətlərin rüknləri tamamlanıncaya qədər özünə haram etməsinə deyili.

Ehsan - Ərəb dilindən tərcüməsi "yaxşılıq" deməkdir. Dini anlamda Allahın razılığına səbəb olan bütün əməllər, xüsusilə, insanın başqalarına münasibətdə göstərdiyi xeyirxahlıq ehsan sayılır.

Etikaf - Ərəb dilindən tərcümədə «məcburiyyət, davamlı olaraq icra etmək, ətrafında dövrə vurmaq, tərk etməmək» kimi mənaları verir. İslam şəriətində etikaf ibadət növüdür. Özözlüyündə müstəhəbdir, amma nəzir demək, and içmək vasitəsilə insana vacib ola bilər. Bir neçə gün müddətində məscidə çəkilib bütün vaxtını namaz, dua, zikr, Quran tilavəti və sairə bu kimi ibadətlərə həsr etməyə deyilir. Etikafda olan şəxs oruc tutmalıdır.

Eyn - Ərəb dilindən tərcümədə "göz" deməkdir. Fiqh elmində isə "mövcud" mənasını verir.

lügət