Lüğət

Faili-muxtar - Tərcüməsi "seçim hüququ əsasında hərəkət edən" deməkdir.

Fəna Fillah - Allahda fani olmaq. Bəndənin bəşəri xüsusiyyətlərindən və pis arzulardan uzaqlaşıb, ilahi vəsflərə qərq olması halı.

Fəqih - “Fiqh alimi” deməkdir. Fiqh dinin əməli hökmlərini əhatə edən elmdir. “Fəqih”sözü “müctəhid” mənasında da işlənmişdir.

Fəraiz - “Fərizə” sözünün cəmi olub, “miras payı” mənasındadır. Ümumi olaraq “miras hüququ” mənasında işlədilir.

Fərz - Dinin insanlardan qəti olaraq tələb etdiyi əmələ “fərz” deyilir. “Fərz” terminini vaciblə eyni mənada işlədilir.

Fəsx - Bir müqavilənin ləğv olması demək dir.

Fətva - Hər hansı məsələnin şəriət baxımından həlli və ya aydınlanması üçün verilən sualın cavabı. Fiqhi məsələnin hökmünü açıqlamaq üçün səlahiyyətli şəxs tərəfindən verilən cavab.

Firuid-din - Ərəb dilindən tərcümədə firu ("fər" sözünün cəmi) "ikinci dərəcəli hissələr, xırdalıqlar" deməkdir. Dilimizdəki "təfərrüat" sözü bunu daha aydın ifadə edir. "Firuid-din" sözü "dinin təfərrüatı, xırdalıqları"mənasını verir. Firuid-din 10 maddədən ibarətdir: Namaz, Oruc, Zəkat, Həcc, Cihad, Əmr bilməruf (insanları yaxşı əməllərə təşviq etmək), Nəhy ənil-münkər (insanları pis işlərdən çəkindirmək), Təvəlla (Allahın dostlarım sevmək), Təbərra (Allahın düşmənlərinə qarşı düşmənçilik etmək).

Fisq - Ərəb dilindən tərcüməsi “çıxmaq, sıçramaq” deməkdir. Dini termin olaraq, fisq - böyük günah sayılan əməlləri yerinə yetirmək və ya kiçik günahlan ardıcıl təkrar etmək mənasını verir. Çünki bu halda insan Allaha itaətdən çıxmış olur.

lügət