Dəbbətül-Ərz - "Canlı, minik heyvanı" mənalarını verən "dabbə" kəlməsi ilə "yer" mənasını bildirən "ərz" kəlməsinin birləşməsindən meydana gələn ifadə. Dini anlamda qiyamət əlamətlərindən biri kimi dünyanın sonunda yerdən çıxacaq canlı şəklində təsəvvür edilir. Quranda bu barədə buyrulmuşdur: "Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən bir heyvan çıxaracağıq ki, onlarla danışıb (bizim adımızdan). "İnsanlar ayələrimizə inanmırdılar" - deyər" (Nəml, 82). Dabbətül-ərzin hansı şəkildə olacağı və nə zaman görünəcəyi dəqiq məlum deyil.
Dəstəmaz - Bəzi ibadətləri icra etmək üçün yerinə yetirilən təmizlik ayini.