Arif - Ərəb dilində "ərəfə" (tanımaq) kökündən olub, "tanıyan, bələd olan" mənasını verir.
Axirət - Öldükdən sonra bütün insanların düşəcəyi və əbədi qalacağı aləm.
Ayətullah - Ərəb dilindən tərcüməsi "Allahın nişanəsi, Allahın əlaməti". Dini termin kimi, çox savadlı din alimlərinə ayətullah deyilir.
Azan - Namaza dəvət. Vacib namazların vaxtının gəlib-çatdığını elan etmək məqsədilə Məhəmməd Peyğəmbərin (s) göstərişinə uyğun olaraq, xüsusi bir şəkildə oxunan kəlmələrdən ibarətdir.