Lüğət

Canamaz - Fars dilindən tərcüməsi “namaz yeri, namazgah” deməkdir. Üzərində namaz qılınan kiçik xalçaya deyilir.

Cəhr - Yüksək səslə, açıq-aydın söyləmək.

Cəllə cəllaluhu - “Allah” sözündən sonra “Onun cəlalı çox ucadır” mənasında işlədilən ifadə. Allah təalanın adı deyildikdə, yazıldıqda və eşidildikdə söylənilən təzim (hörmət) ifadəsidir.

Cənabət - İbadətləri yerinə yetirmək üçün lazımolan paklığın pozulması.

Cənazə - Kəfənə tutulmuş meyit.

Cihad - Haqqı və həqiqəti yaymaq üçün göstərilən hər cür təşəbbüs və təbliğ. Eyni zamanda cihad - insanın mənfi nəfsani istəklərə qarşı müqavimət göstərməsidir.

Çillə - Məşhur sufi ayinlərindən biridir. Ayinin adı fars dilində 40 ədədini ifadə edən "çehel" sözündən götürülmüşdür. Çilləyə oturmaq 40 gün hamıdan gizli və tənha halda ibadət etmək mənasını verir. Sufilərin öz əqidəsincə, çillə ayini Muhəmməd Peyğəmbərin (s) zamanında mövcud olmamış, sonradan meydana çıxmışdır.

Cüz - Ərəb dilindən tərcüməsi "hissə, parça" deməkdir. Qurani-Kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyəbölmüşlər. Bunlara cüz deyilir. Hazırkı Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hizbə bölünür.

lügət