Abbasilər - Məhəmməd Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlibin nəslindən Əbülabbas Səffahın qurduğu və 750- 1258-ci illərdə hakimiyyətdə olmuş sülalə.
Abid - Ərəb dilindən tərcüməsi "ibadət edən" deməkdir.
Arif - Ərəb dilində "ərəfə" (tanımaq) kökündən olub, "tanıyan, bələd olan" mənasını verir.
Axirət - Öldükdən sonra bütün insanların düşəcəyi və əbədi qalacağı aləm.
Axund - Ruhani xadimlərə verilən addır. XV əsrdən - Teymurilər dövründən bəri müsəlman ölkələrində bu addan istifadə edilir.
Ayətullah - Ərəb dilindən tərcüməsi "Allahın nişanəsi, Allahın əlaməti". Dini termin kimi, çox savadlı din alimlərinə ayətullah deyilir.
Azan - Namaza dəvət. Vacib namazların vaxtının gəlib-çatdığını elan etmək məqsədilə Məhəmməd Peyğəmbərin (s) göstərişinə uyğun olaraq, xüsusi bir şəkildə oxunan kəlmələrdən ibarətdir.
Bab - Ərəb dilində "qapı" mənasını verir.
Batil - Ərəb dilində “haqsız, haqla əlaqəsi olmayan, əsassız” mənalarını ifadə edir.
Behişt - "Cənnət" sözünün fars dilindəki sinonimi.