Böyük bir insan şəhadət yatağında! Onun uca ruhu torpaq tənindən ayrılmaqda, ərşi-əlaya pərvaz etməkdədir. Bəsirəti kor cahillər onun başına bir zərbə endirib nurani simasını al qanına boyadılar. Bu böyük insan Əli ibn Əbi Talib Əmirəl-möminin (ə.s), bütün insanlıq fəzilətlərinin, o cümlədən təqva, ədalət, zöhd, şücaət, isar, kəramət, azadlıq səciyyələrinin nümunəsi idi. Şiə və sünni məzhəblərinin mötəbər mənbələrinə əsasən həzrət Peyğəmbər (s) onun haqqında buyurur: “Əli həqiqətlədir, həqiqət Əli ilə! Əli haradadırsa, haqq da oradadır!”