İnsan, müxtəlif baxımlardan ayrı-ayrı elmlərin mövzusudur. Psixologiya, sosiologiya, tarix, əxlaq, tibb, hətta fiziologiya və biologiya da uyğun elmlərdəndir. Bu elmlərin hər biri müəyyən bir baxımdan insanı öyrənir. İnsan kamilləşən mövcuddur. Biz də bu barədə danışacağıq. Söhbətimiz, kamilliyyin zirvəsi və ona çatma yolları haqqındadır. Çalışacağıq ki, əsl hədəfə çatmaq üçün fitrətimizdəki vasitələri, bu yoldakı maneələri, vücudumuzu başqalarına bağlayan əlaqələri və bu əlaqələrdən ala biləcəyimiz yardımları öyrənək.Ümid edirik ki, Allahın yardımı ilə özümüzün və başqalarının kamilləşməsi yolunda müsbət bir addım ata biləcəyik.