İmam Hüseynin (ə.s) babası kainatın ən xeyirlisi və üstünü olan həzrət Məhəmməd (s), atası ədalət simvoluna çevrilmiş Əmirəlmöminin (ə.s), anası bütün dünya və cənnət xanımlarının üstünü olan Fatimeyi-Zəhradır (ə.s). O həzrət vəhy evində dünyaya gəlmiş, vəhyin nazil olduğu şəxsin nəfəsi ilə nəfəs almış və vəhy sayəsində tərbiyə edilən insanlardan tərbiyə almışdır. Allahın Rəsulu (s) “Hüseyni sevən məni sevmişdir.” deməklə imam Hüseynin (ə.s) Allah yanındakı, uca məqamını insanlara çatdırdı.