No Image Available

İSLAMDA HÜQUQ NƏZƏRİYYƏSİ

 Müəllif: Qüdrətullah Məşayixi  Kateqoriya: kitab  Səhifələr: 424  Dil: Azərbaycan  Kitabı yükləyin
 Kitabın Təsviri:

İnsanların həyatı ilə birbaşa əlaqəli olub, onun ictimai təbiətindən irəli gələn haqq və hüquq məsələsi tarixən bəhs olunub və alimlər tərəfindən bu məsələ mövzusunda fikirlər söylənmiş, kitablar yazılmışdır. İlahi peyğəmbərlər məktəbində, xüsusilə insanı kamilliyə doğru aparan İslam dinində, hüquq mövzusunun özünə məxsus yeri vardır. Bu mövzu barəsində müxtəlif ifadələr və ibarətlərlə söz açmışlar. Həzrət Əli (ə.s) haqq barəsində belə buyurur: Haqq vəsf edilərək barəsində danışılan zaman hər şeydən geniş, lakin ona əməl və riayət məqamında isə ən dar və məhdud mərhələdədir. Heç bir iş başqalarının müqabilində məsuliyyət və vəzifələri nəzərə alınmadan kimsənin xeyrinə əmələ gəlməz. Kimsənin faydasını nəzərə almadan onun zərərindən danışmaq olmaz. Heç bir məsuliyyət olmadan kiməsə haqq qazandırmaq məxluqa deyil, qüdrəti bütün bəndələri əhatə edib, ədaləti tədbir və t əqdirlərdə hakim olan, eyb və nöqsan sifətlərdən pak olan Allaha məxsusdur”.

 Back