No Image Available

İNSAN HƏYATINDA TƏQLİDİN ROLU

 Müəllif: Ayətullah Misbah Yəzdi  Kateqoriya: kitab  Səhifələr: 126  Dil: Azərbaycan  Kitabı yükləyin
 Kitabın Təsviri:

İnsan bütün seçimlərində məqsədə çatmaq üçün zəruri biliklərə malik olmalıdır.O, əldə etdiyi elm və mərifət, araşdırmalarla iqtisadi və ictimai, dünyəvi və üxrəvi (axirətə aid) həyat yolu və ənənələri müəyyənləşdirməlidir. İnsanın istedadları və gücü məhdud olduğundan, eləcə də, bütün sahələrdə mütəxəssislik dərəcəsinə yüksələ bilmədiyindən o başqalarının biliklərindən faydalanmağa məcburdur. Bəli, fərdi və ictimai təkamül, etiqadi və əməli nizam üçün təqlid qaçılmaz bir zərurətdir. Qanunlar və ədalət bəşəriyyətin mütəxəssislərə, alimlərə təqlidi sayəsində təmin olunur. Düzgün təqlid nəticəsində cəmiyyətdəki nizamsızlıqlar, hərc-mərcliklər aradan qaldırılır. İnsan məlumatsız olduğu peşə və ixtisaslara müdaxilə etməməli, rəy bildirməməlidir. Bu barədə Quran buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən (bilənlərdən) soruşun”.

 Back