Şübhəsiz, böyük İslam Peyğəmbərindən (s) sonra fərdi və ictimai həyatda məsum imamlar (ə.s) biz insanlar üçün böyük örnək və nümunədirlər. Bu baxımdan onların həyat davranışları ilə tanış olmaq böyük əhəmiyyətə malikdir. Ancaq diqqət etməliyik ki, bizə Peyğəmbərin (s) və imamların (ə.s) tarixlərini öyrənməkdə mühüm olanı onların bir tək şəxsi həyatı və davranışlarını bilmək deyil. Bəlkə məqsəd o məsum öndərlərin, həyat tərzini, ictimai mühitdəki rəftar qaydalarını, siyasi və ictimai arenalardakı mövqelərini və mədəni fəaliyyət metodlarını öyrənməkdir. Çünki İslam Peyğəmbərinin (s), Onun məsum canişinlərinin dinə dəvət və təbliğində bizə nümunə olanı onların bir tək həyat və davranışları deyil, bəlkə davranış növü, fəaliyyət tərzi, dinə dəvət qaydası, islam düşmənləri ilə rəftarı, hidayət və təbliğlərinin formasıdır.