Aydın bir din olan İslamda xüsusi əhəmiyyətə malik olan ən önəmli vəzifələrdən biri dərk edilməsi və həyata keçirilməsi insan xoşbəxtliyinin zəmanətçisi olan dini hökmlərin öyrənilməsidir. İslamı özünə din seçən insan onun proqramlarını həyatının bütün sahələrində kamil surətdə qəbul etməli və öz davranışlarını dinin hökmlərinə uyğun tənzimləməlidir. Belə bir vəzifənin icrası müsəlman fərddən dinin hökmlərini öz yaşayışında həyata keçirmək üçün onlarla ehtiyac duyduğu, onun üçün aktual olan qədər tanış olmağı tələb edir. Buna əsasən, Qurani-kərim və hidayət yolunun bələdçiləri olan Əhli-beyt imamları bu məsələyə həddən ziyadə təkidlə yanaşmış və hər kəsi dinin hökmlərini öyrənməyə təşviq edərək ilahi hökmlərlə tanış olmamağın saysız-hesabsız zərərlərindən qorunmağa çağırmışdır. Bir kəlamında İmam Sadiqin (ə) belə söylədiyi nəql edilir:“Dürüst bir insandan halal-haramla bağlı bir hədis öyrənmək sənin üçün dünya və onun qızıl-gümüşündən daha yaxşıdır”.