Şəksiz ki, insanın ruh aynası yalnız ilahi nur sayəsində şölələnir və qəlb pasını yalnız ilahi kəlam iksiri təmizləyə bilir. İnsan fitrətinin yandırıcı təşnəsini mənəvi pak şərbətdən savay heç nə sirab edə bilmir. Çırpınan könül simurğunu yalnız məşuqun vüsalı toxdada bilir. İlahi peyğəmbərlərin hər biri bəşəriyyətə insanlıq yolunu işıqlandıran məşəl olmuşdur. Onlar insanı torpaqdan Allaha, yerdən fələklərə qanadlandırmışlar. Peyğəmbərlər hikmət cövhərini və mərifətin mahiyyətini vəhy sədəfində tapmış,yer insanının yüksəliş zirvəsini öz səma kitablarında sətir-sətir qeyd etmişlər.Onlar insanın həqiqi meracını (səmaya yüksəliş) onun Allah qarşısında bəndəliyində görmüş və onu səmimicəsinə dost məhəllinə səsləmişlər.