Varlıq aləmində ən qəribə və ən maraqlı dastan «İnsan dastanı»dır. Allah-taala insana elə bir iste’dad əta edib ki, bunun vasitəsi ilə insan Allahın xəlifəsi və mələklərin məscudu olmaq məqamına yüksələ bilər. Allahın insanı “ən gözəl surətdə“ yaratması və onun başına “kəramət tacı” qoyması Yaradan tərəfindən insana əta olunan ən böyük şərafətdir.