No Image Available

“ƏBƏDİYYƏT NURU” HZ.MUHƏMMƏD

 Müəllif: Ayətullah Cəfər Subhani  Kateqoriya: kitab  Səhifələr: 655  Dil: Azərbaycan  Kitabı yükləyin
 Kitabın Təsviri:

Bəşəriyyətin ən kamil insanı həzrət Muhəmmədin (s) həyatı bilavasitə İslam tarixi ilə əlaqədar olduğundan, təbii ki, onun həyatı tarixi baxımdan diqqətdən kənar qala bilməz.
Qurani-Kərimdə Allah-taala Həzrət Muhəmmədi(s) insanlara gözəl bir örnək kimi təqdim edərək buyurur: “Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.”(Əhzab surəsi, ayə-23) Quranın bu ayəsi Peyğəmbərin(s) həyatını öyrənməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İslam dini Allahın göndərdiyi dinlər
arasında sonuncusu və ən mükəmməli olduğu üçün bu dinin banisinin həyatı da dıgər peyğəmbərlərin həyatı ilə müqayisədə daha geniş şəkildə tədqiq edilmişdir.Təsadüfi deyil ki, orta əsr müsəlman tarixçiləri o həzrətin həyatındakı bütün xırdalıqları da qələmə almış və onu nəsildən-nəsilə çatdırmışlar. Bununla əlaqədar olaraq Peyğəmbərin(s) həyatını özündə əks etdirən onlarla kitab yazılmış, hətta onların bəzisi bir çox qərb dillərinə də tərcümə edilmişdir.Belə əsərlər arasında Ayətullah Cəfər Sübhaninin “Əbədiyyət nuru” əsəri özünə-məxsus yer tutur. İslam peyğəmbərinin həyatının mükəmməl şəkildə araşdırıldığı bu kitabda müəllif,həm də bir sıra avropalı şərqşünasların əsassız iddialarına tutarlı cavablar vermişdir

 Back