Peyğəmbərin (s) vəfatının ildönümü ilə əlaqədar İmam Hüseyn (ə.s) hərəmi zəvvarların daşınması üçün avtobuslar təşkil edir. Ziyarətçilər Kərbəladan Nəcəfə ödənişsiz daşına biləcəklər. Bu barədə sentyabrın 24-də hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.
Zəvvarlar bu gün zöhr namazından etibarən sözügedən imkanlardan yararlana bilirlər. Onların Kərbəlaya çatdırılması üçün 25-dən artıq nəqliyyat vasitəsi cəlb olunub.
Qeyd edək ki, sabah Peyğəmbərin (s) rehləti və İmam Həsən Müctəbanın (ə.s) şəhadət günü qeyd olunacaq.