Məscid Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndi ərazisində yerləşir. İbadət evi 1324-1325-ci illərdə tikilib. Bu ibadətgahın qapı yerinin çatmasında iri nəsx xətti ilə farsca kitabədə yazılıb: “Yeddi yüz iyirmi beşinci ildə (1324-25) yarandı”.

Məscid düzbucaqlı formadadır və XVII əsrin əvvəllərində ona böyük bir bina əlavə edilib.

İbadət evi bir neçə dəfə bərpa olunub. İbadətgahın digər kitabəsində göstərilir ki, məscidi 1732-ci ildə kənd sakini Məhəmməd Rza bərpa edib.

Mənbələr:

  1. https://nuhcixan.az/news/cemiyyet/16547-ordubad-rayonunun-mescidleri
  2. http://anl.az/el/emb/Naxchivan/abideler/mescidler/venend.htm