İmam Hüseyn (ə.s) hərəmində 30 ölkədən olan müsəlmanların iştirakı ilə “İmam Hüseynin (ə) mesajı” tədbiri keçirilib. Bu barədə hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.

Tədbir xaricdən gələn alimlər, dini elmləri öyrənən tələbələr üçün nəzərdə tutulub. İştirakçılar arasında Afrika ölkələrindən, Hindistan, Pakistan və digər ölkələrdən olan müsəlmanlar olublar.

Qeyd edək ki, sözügedən tədbir üç il ərzində keçirilir.