Həzrət Zeynəbin (s) hərəminin yeni zərihi hazırdır. Bu barədə Alkafeel.net-ə istinadən Sirat.az xəbər verir.
Yeni zərih Həzrət Abbasın (ə.s) hərəmi tərəfindən düzəldilib. Zərihin təqdimat mərasimi 27 sentyabrda Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəminin qiblə istiqamətinə baxan həyətində keçiriləcək.
Hərəmin rəhbəri Əhli-Beyt (ə.s) aşiqlərindən xahiş edib ki, onlar zərihinin təqdimat mərasimində iştirak etsinlər.