Bu gün, sentyabrın 24-də Həzrət Əbəlfəzl Abbasın (ə.s) hərəmində şəhadət gününə hazırlıq işlərinə başlanılıb. Bu barədə hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.

Hərəm artıq iki aydır ki, İmam Hüseynin (ə.s) şəhadətinə görə qaraya bürünüb. Lakin hazırda ziyarətgahda Peyğəmbərin (s) rehləti və İmam Həsənin (ə.s) şəhadəti mövzusunda əlavə plakatlar asılıb.

Qeyd edək ki, matəm günü səfər ayının 28-nə (25 sentyabr) təsadüf edir.