Ayətullah Şeyx Qulamhüseyn Mohami Axund Şeyx Abasəlt oğlu 1890-cı ildə Bakının Buzovna qəsəbəsində anadan olub.
O, kiçik yaşlarında mədrəsə dərslərini, bir sıra müqəddimə və digər hövzə dərslərini doğulduğu məntəqənin alim və ruhanilərindən öyrənib.
Atası vəfat etdikdən sonra, 1907-ci ildə Məşhədə gedərək, orada “Xeyrat xan” mədrəsəsində İslam elmlərini və maarifini öyrənməyə başlayır.
O, İmam Rzanın (ə.s) mübarək hərəminin kənarında məskunlaşdı. Göhərşad məscidinin “Şeyx Əlikbər Nəhavəndi” şəbistanında camaat namazının imamı oldu.
Ayətullah Şeyx Qulamhüseyn Mohami Badkubei 1953-cü ildə vəfat edib. O, İmam Rzanın (ə.s) hərəminin hücrələrinin birində dəfn olunub.
Mənbə:
- Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.