Sentyabrın 25-də saat 20:00-da Bakının Məşədi Dadaş məscidində matəm mərasimi keçiriləcək. Məclis Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə.s) şəhadi yad etmək üçün təşkil olunacaq. Bu barədə məscidin hesabında məlumat verilib.

Məlumata görə, mərasim məscidin sosial media kanallarında canlı olaraq yayımlanacaq.

Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə.s) şəhadi ilə əlaqədar digər məscidlərdə də tədbirlərin keçirilməsi gözlənilir.