Sosioloji araşdırmalara əsasən, Cənub-Şərqi Asiyada hər üç müsəlmandan biri özünü valideynlərindən daha dindar hesab edir. Bu barədə sentyabrın 23-də Al Jazeera-ya istinadən Sirat.az xəbər verir.

Sorğuda iştirak edənlərin yalnız 21%-i dinə yaşlı nəslə nisbətən daha az etiqad edir. Respondentlərin 45%-i valideynləri ilə eyni etiqad dərəcəsinə malik olduqlarını bildirib.

Bölgədəki müsəlmanların 91%-i sağlamlıqla yanaşı, Allahla güclü əlaqəni həyatda əsas prioritet hesab edir. İkinci yerdə isə ailə dəyərləri dayanır.

Bundan əlavə, sorğu iştirakçılarının 34%-i varlı olmağı çox vacib hesab edir. 28% isə şəxsi maraqların və hobbinin var-dövlətdən daha üstün olduğunu düşünür.