Ayətullah Mirzə Əbdülmüttəlib Fəqih 1887-ci ildə Ordubad rayonunun Əylis kəndində anadan olub.
O, ilk dini təhsilini Ordubadın alimlərindən alıb. Sovet dövründə təqiblərə məruz qaldığından Fəqih Ordubadi Urmiya şəhərinə yollanıb. Daha sonra o, dini təhsil almaq üçün Təbriz şəhərinə gedib. Orada din xadimi Ayətullah Seyyid Əbülhəsən Əngəci və Ayətullah Seyyid Mürtəza Xosrovşahinin fiqh və üsul dərslərində iştirak edib.
O, həmçinin Təbrizdə Ayətullah Mirzə Cavad Ağa Məliki Təbrizinin elmi və mənəvi dərslərindən bəhrələnərək, müctəhidlik məqamına çatıb. Daha sonra alim Təbriz şəhərində dini fəaliyyətlə məşğul olub. Ordubadi daim Pəhləvi hakimiyyəti tərəfindən təqiblərə məruz qalıb.
Ayətullah Mirzə Əbdülmüttəlib Fəqih Ordubadi 1959-cu ildə vəfat edib və Qum şəhərinin Şeyxan qəbiristanlığında dəfn olunub.
Mənbə:
- Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.