Övladın valideyn üçün dua etməsi və onun günahlarının bağışlanmasını Allahdan diləməsinə çoxlu təkid edilir. Belə ki, övladın valideynə, onun isə övladına etdiyi dualar tez qəbul olunanlardan hesab olunur.
Bəzi hədislərdə valideynin günahlarının bağışlanması üçün övladın qıla biləcəyi bir namaz da nəql olunub. Bu namaz iki rükətdir və cümə gecələri qılınır.
Birinci rəkət:
Namazın birinci rəkətində Fatihə surəsindən sonra 10 dəfə İbrahim surəsinin 41-ci ayəsi oxunur. Ayəni oxumamışdan öncə “Birmilləhir-Rahməni-Rahim” deyilir.
رَبَّنَا اغْفِرْ لِي وَ لِوالِدَيَّ وَ لِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسابُ
“Rəbbəna iğfirli və livalidəyyə və lil-mu’mininə yəumə yəqumul-hisab”.
İkinci rəkət:
İkinci rəkətdə Fatihədən sonra 10 dəfə Nuh surəsinin 28-ci ayəsi oxunulur.
رَبِ اغْفِرْ لِي وَ لِوالِدَيَ وَ لِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِناً وَ لِلْمُؤْمِنِينَ وَ الْمُؤْمِناتِ
“Rəbbiğfirli və livalidəyyə və limən dəxələ bəytiyə mu’minən və lil mu’mininə vəl mu’minət”.
Salamlardan sonra:
Namazın salamlarından sonra isə 10 dəfə İsra surəsinin 24-cü ayəsi tilavət olunur.
رَبِّ ارْحَمْهُما كَما رَبَّيانِي صَغِيراً
“Rabbirhəmhumə kəmə rabbəyəni sağira”
Mənbələr:
- Şeyx Rəziyuddin Həsən ibn Fəzl Təbərsi, “Məkarimul-Əxlaq”, 334.
- Əllamə Məclisi, “Biharul-Ənvar”, c.88, s.221, hədis 7.