Məscid Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dilbər kəndində yerləşir. İbadət evinin inşa tarixi XVIII əsrə aiddir. İbadətgah Naxçıvan xanlığının sonuncu hökmdarı Kərim xanın qızı Dilbər xanım tərəfindən inşa edilib.

Məscid kvadrat formasındadır, fasad hissəsi mişar daşı və kərpiclə işlənib. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb, tavanı isə altı sütun üzərində dayanır. Məscidin üçpilləli minbəri var və o, qoz ağacından düzəldilib. İbadət evinin ön tərəfində taxtadan bir pəncərə və bir giriş qapısı, yan tərəfində isə iki pəncərə var. Damın üzərində aypara rəmzi quraşdırılıb.

Ordubad rayonu Dilbər məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.