Parisin şimalında yerləşən küçələrdən birinə simvolik olaraq Həzrət Xədicənin (s.ə) adı verilib. Bu barədə Aljazeera-ya istinadən Sirat.az xəbər verir.
Bu qərar ölkənin “Stan” bələdiyyəsi tərəfindən verilib. Qərar Fransada ifrat sağçı hərəkatının tərəfdarları arasında geniş narazılığa səbəb olub.
Sözügedən küçədə lövhə asılıb. Lövhədə yazılıb:
“Xədicə bint Xuveylid küçəsi
O, məni motivasiya edir, ruhlandırır, cəmiyyətimizdə yaşamaq üçün mənə güc verir.
O, Məhəmməd Peyğəmbərin (s) ilk arvadı olub, 7-ci əsrin ortalarında ticarətlə məşğul olub.
Müsəlman inancının fəal qadını kimi onun hekayəsindən qaynaqlanan təlimlər və dəyərlər məni hər gün yaşadır, ruhlandırır və irəliləməyə vadar edir”.
Qeyd edək ki, bu ərazidə “Qadınlara yer!” layihəsi çərçivəsində simvolik olaraq küçələrə müxtəlif ölkələrdə tarix yazmış ruhlandırıcı qadınların adı verilir.