Qafqazın fəqih və alimlərindən olan Ayətullah Şeyx Əbdülqəffar Hairi Lənkərani 1878-ci ildə Nəcəfdə anadan olub. O, İslamın böyük alimlərindən olan Şeyx İbrahim Hairi Lənkəraninin oğludur.

Şeyx Hairi İslam elmlərinin müqəddiməsini, ali səthli dərslərini Nəcəfin yerli din xadimlərindən öyrənir. O, gənc yaşlarında müctəhidlik dərəcəsinə çatır. Ayətullah Əbdülqəffar 1915-ci ildə Lənkərana gəlir və burada xalq arasında böyük hörmət qazanır.

Sovet dövründə alim bolşeviklərin təqiblərinə məruz qalır və Ərdəbil şəhərinə köçür. O, burada, Məhəmmədiyyə məscidində camaat namazını bərpa edir. Şeyx Hairi Rza Pəhləvinin dinlə mübarizəsi dövründə Nəcəfə qayıdır, daha sonra isə Kazimeyn şəhərində məskunlaşır.

Şeyx Əbdülqəffar Hairi Lənkərani 1 noyabr 1956-cı ildə Kazimeyn şəhərində vəfat edib. O, İmam Əlinin (ə.s) hərəmində, atasının yanında dəfn olunub.

Mənbə:

  1. Adil Movlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.