Şeyx Məhəmməd Baqir Kərbəlayi Qurbanəli oğlu lənkəranlı olub.

Lənkərani ilk təhsilini Qum şəhərində alıb. O, məşhur alimlər Seyyid İzzətullah və Fazil Qafqazinin tələbəsi olub. Şeyx Məhəmməd şəriət elmlərini mənimsədikdən sonra ictihad dərəcəsinə yüksəlib.

Şeyx Məhəmməd Baqir Lənkəraninin doğum və vəfat tarixi haqqında məlumat yoxdur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
  3. Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi alimləri. Bakı-2019.