Quba rayonunun Qrız kəndində yerləşən qədim Əbu Müslim məscidi qəzalı vəziyyətdədir. Bu barədə Trend-ə istinadən Sirat.az xəbər verir.
Məscidin dağıntıya məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələ ilə bağlı sorğuya cavab olaraq bildirib ki, məscidin bərpası məqsədilə investisiya siyahısına salınması üçün təkliflər hazırlanır.
Qeyd edək ki, ibadətgahın divarında mövcud olan yazılar 749-cu ilə aid edilir. Məscidin inşasının səbəbi İslam dinini əhali arasında yaymaq olub.