Müşahidəçilər və fəallar Pakistanda şiələrə qarşı ekstremizmin artdığını qeyd edirlər. Bu barədə ShiaWaves-a istinadən Sirat.az xəbər verir.

Bu ilin sentyabr ayının əvvəlində dərc edilən Beynəlxalq Böhran Qrupunun hesabatında müsəlman azlıqların, xüsusilə şiələrin ciddi risk altında olduğu barədə xəbərdarlıq edilib. Məlumata görə, 2001-2018 illərdə Kəraçi, Sind və Pəncabda şiələrə qarşı 5 minə yaxın terror hücumları qeydə alınıb.