Azərbaycanda İCESCO-nun Regional Ofisinin yerləşdirilməsinə dair saziş parlament tərəfindən təsdiq ediləcək. Bu barədə APA-ya istinadən Sirat.az xəbər verir.

23 sentyabrda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi daxil olub.