İmam Rzanın (ə.s) şəhadət günü ərəfəsində 16 min zəvvar Məşhədə doğru piyada yürüşə başlayıb. Bu barədə Mehr-ə istinadən Sirat.az xəbər verir.
“Mazandaran, Gülüstan, Şimali Xorasan və Cənubi Xorasan əyalətlərindən 108 karvan olaraq 16 min zəvvar piyada Məşhəd şəhərinə doğru yola düşüb”, – deyə zəvvarlara xidmət qrupunun sözçüsü Hüseyn Rezai deyib.
Qeyd edək ki, bu il İmam Rzanın (ə.s) şəhadət günü sentyabrın 27-nə təsadüf edir.