ABŞ-nin Miçiqan ştatının Troya şəhərində ilk məscid açılıb. Bu barədə Giperssilka-ya istinadən Sirat.az xəbər verir.

“Bu gün (məscidin açılışına görə) keçirdiyimiz gözəl hissləri və sevinci heç bir şeylə əvəz etmək olmaz”, – deyə Camiə məscidinin imamı Mahmud Seyid deyib.

Qeyd edək ki, Troya şəhərində müsəlmanlar məscidin açılışı üçün 2017-ci ildən bəri səylər göstəriblər. Lakin yerli hökumət razılıq vermirdi. Nəhayət, müsəlmanlar məscidin açılışı üçün məhkəmədən razılıq alıblar.