Qafqaz alimlərindən olan Ayətullah Seyid Hüseyn Badkubei 1882-ci ildə Bakının Maştağı qəsəbəsində anadan olub.

O, ilk təhsilini Maştağının tanınmış alimlərindən olan Ayətullah Mirzə Əbdülqəni Maştağai Badkubeyi, Ayətullah Şeyx Məhəmməd Əmin Müctəhid Nardaranidən alıb. Sonra təhsilini davam etdirmək üçün Nəcəfə yollanıb, orada Ayətullah əl-Üzma Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdi, Ayətullah əl-Üzma Seyid Axund Molla Kazim Xorasani, Ayətullah əl-Üzma Şəriət İsfəhani kimi alimlərin dərslərinə qatılıb.

Alim 15 il xaricdə təhsil aldıqdan sonra Bakıya qayıdır. Burada, sovet hakimiyyətinin məhdudiyyətlərinə baxmayaraq, İslam elmlərinin tədrisi və başqa dini-mədəni fəaliyyətlə məşğul olmağa başlayır.

Ayətullah Seyid Hüseyn Maştağayi Badkubei 1924-cü ildə vəfat edib.

Mənbə: 

  1. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013