Məscid Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yerləşir. İbadətgahın bünövrəsi 1993-cü ildə qoyulub. Məscid yerli əhali tərəfindən inşa olunub.

İbadət evi dairəvi formadadır və fasadı göy rənglə boyanıb. Məscidin döşəməsi betondandır. İbadətgahın tağvari formada iki pəncərəsi və düzbucaqlı formada bir giriş qapısı var. Məscidin giriş hissəsində iki sütun üzərində dam artırılıb. İbadət evinin 9 metr hündürlüyündə minarəsi mövcuddur. Məscidin bir günbəzi var və önun üst hissəsi dəmir təbəqə ilə işlənib. Günbəz və minarənin üstündə dəmirdən aypara rəmzi qoyulub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.