Fransanın İraqdakı səfiri Erik Şevalier Ərbəin ziyarətində iştirak edib. Bu barədə İslamazeri-yə istinadən Sirat.az xəbər verir.
Fransa səfiri İraqın Kərbəla və Bəsrə valilərinin müşayiəti ilə zəvvarlarla birlikdə Ərbəin yürüşündə də iştirak edib. O, bu mərasimdə milyonlarla insanın iştirakından təəccüblənib və Ərbəin ziyarətini dünyanın ən böyük insan toplantısı kimi qiymətləndirib.
Erik Şevalier bildirib ki, o, Kərbəlada ictimai həmrəylik və fədakarlığa, insanların bir-birinə təmənnasız və eşq ilə xidmətinə, komanda işi və əməkdaşlığa heyran qalıb. “Bu ziyarət heyranedicidir!”,- deyə səfir vurğulayıb.
Qeyd edək ki, sentyabrın 17-də Kərbəlada Ərbəin ziyarəti tarixində ən böyük rəqəm qeydə alınıb. Builki ziyarətdə 21 milyondan artıq zəvvar iştirak edib.