Sentyabrın 18-də Bakının Məşədi Dadaş məscidində şəhidlərin adına yardım aksiyası keçirilib. Bu barədə məscidin axundu Hacı Şahin Həsənlinin hesabında məlumat yayılıb.

Məlumata görə, aksiya çərçivəsində şəhid olan əsgərlərimizin adından ehtiyaclı ailələrə ərzaq paketləri paylanılıb.

Qeyd edək ki, Məşədi Dadaş məscidində tez-tez yardım kampaniyaları keçirilir. Bundan öncə, RamazanPasxa bayramlarında ehtiyaclılara ərzaq yardımı edilib.