Məscid Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində yerləşir.

İbadətgah iki mərtəbədən ibarətdir. İkinci mərtəbə eyvan şəklindədir və qadınlar üçün nəzərdə tutulub. Tavan yeddi dirək üzərində dayanır. İbadət evinin üç giriş qapısı və bir neçə pəncərəsi var. Məscidin bir minarəsi və bir günbəzi mövcuddur. İbadət evinin günbəzində səkkiz pəncərə yerləşir. İbadətgahın minbəri taxtadandır.

1991-ci ildə yerli sakinlərin vəsaiti hesabına məsciddə təmir-bərpa işləri aparılıb. Bu zaman dam örtüyü tamamilə dəyişdirilib və 15 metrlik minarə ucaldılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.