Bu il Ərbəin ziyarətinə təqribən 35 min azərbaycanlı zəvvar səfər edib. Bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov deyib. Bu barədə sentyabrın 19-da shiawaves-ə istinadən Sirat.az xəbər verir.
Nəsir Məmmədovun sözlərinə görə, qeyd olunan say ümumidir və arta bilər. Belə ki, ziyarət hələ bitməyib və Kərbəlaya zəvvarların gəlişi davam edir.