Ərbəin ziyarəti uğurla və təhlükəsiz şəraitdə başa çatıb. Bu haqda İmam Hüseynin (ə.s) hərəminin idarəsi məlumat verib.
Salam News-a istinadən Sirat.az xəbər verir ki, hərəmin idarəsi Ərbəin ziyarətinin keçirilməsi ilə bağlı nəzərdə tutulmuş planı uğurla həyata keçirib.
“İraqın daxilindən və xaricindən gəlmiş, İmam Hüseynin məzarına qədər yolda uzun məsafələri qət etmiş və qarşılaşdığı çətinliklərə dözüm göstərmiş zəvvarların qarşısında baş əyirik”, – deyə idarənin bəyanatında qeyd olunub.
Qeyd edək ki, bu il Ərbəin ziyarətinə 21 190 435 zəvvar qatılıb.