Ərbəin ziyarəti başa çatdıqdan sonra 1,5 milyon zəvvar Imam Həsən Əsgəri (ə.s) və İmam Nəqini (ə.s) ziyarət etmək üçün Samarraya axın edir. Bu barədə ShiaWaves-ə istinadən Sirat.az xəbər verir.
Ziyarətgahın media nümayəndəsi bildirib ki, ziyarətgahın təhlükəsizlik xidmətləri ilə koordinasiyada ziyarətçilərin qəbulu üçün xüsusi otaq təşkil edilib. Ziyarətçilərə xidmət göstərmək üçün 55 xidmət korteji var.
Bildirilir ki, bir neçə gün ərzində ziyarətgaha gələnlərin sayı artacaq.
Qeyd edək ki, sentyabrın 17-də Kərbəlada Ərbəin ziyarəti tarixində ən böyük rəqəm qeydə alınıb. Builki ziyarətdə 21 milyondan artıq zəvvar iştirak edib.