Kərbəlada milyonlarla insanın iştirakı ilə Ərbəin mərasimi başlayıb. Bu barədə sentyabrın 17-də SalamNews-a istinadən Sirat.az xəbər verir.

Məclislərin təşkilinə 30 min təhlükəsizlik qüvvəsinin və 5 mindən çox səhiyyə işçisinin cəlb edildiyi bildirilib. Məlumata görə, Ərbəin yürüşü və mərasimi təhlükəsiz şəraitdə keçirilir.

Bu gün,həmçinin milyonlarla zəvvarın iştirakı ilə İmam Hüseyn (ə.s) hərəmində Ərbəin ziyarətnaməsi oxunacaq.

Ərbəin ziyarətinə 20 milyon insanın qatılması qeyd olunub. Onların təqribən beş milyonu xarici zəvvardır.