Allahşükür Paşazadə Qazaxıstanda Ərəbistanın İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx ilə görüşüb. Bu barədə sentyabrın 17-də QMİ-yə istinadən Sirat.az xəbər verib.

Görüş zamanı Allahşükür Paşazadə səudiyyəli naziri Azərbaycana dəvət edib. Əbdüllətif Al əş-Şeyx öz növbəsində iki ölkə arasındakı əlaqələri yüksək dəyərləndirib.

Qeyd edək ki, QMİ sədri sentyabrın 12-dən Qazaxıstana səfərdədir.