İmam Hüseyn (ə.s) və Həzrəti Abbasın (ə.s) hərəmlərinə qiyabi ziyarət təşkil olunur. Ziyarət üçün qeydiyyat Ərbəin gününün (20 səfər) sonunadək davam edir. Bu barədə sentyabrın 17-də hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.

İmamların hərəmini qiyabi ziyarət etmək istəyənlər (alkafeel.net) linkə daxil olub, qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən zəvvarların adından hərəm xidmətçiləri ziyarət edəcəklər.

Qeydiyyat üçün ad, soyad və elektron poçt ünvanını qeyd etmək lazımdır.

Qeyd edək ki, bu il Azərbaycandan bir çox zəvvar Ərbəin ziyarətinə səfər edə bilməyib. Belə ki, quru sərhədlər bağlı, Bakı-Nəcəf reysi isə naməlum səbəblərdən ləğv olunub.