Sentyabrın 14-ü Hacı Surxay Fəxri xiyabanda şəhidlərin məzarlarını ziyarət edib, onların ruhlarına dualar oxuyub. Bu haqda Hacı Surxay öz “Facebook” səhifəsində paylaşım edib.

Sentyabrın 14-ü, həmçinin Heydər məscidinin imamları da Şəhidlər Xiyabanını ziyarət edib, dualar oxuyublar.

Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində 71 hərbi qulluqçumuz şəhid olub.