İlahiyyatçı Hacı Şahin Həsənli son vaxtlar gündəm olan mövzularla bağlı müsahibə verib. Bu barədə sentyabrın 15-də hacishahin.az-a istinadən Sirat.az xəbər verir.

İlahiyyatçının sözlərinə görə, Azərbaycanda bəzi insanlar sosial şəbəkələrdə lazımsız müzakirələr aparır. Bununla da onlar yersiz gərginlik yaradırlar. Bəzən isə bu mövzular məhz dini hədəfə almağa yönəlir.

“Bilmək olmur ki, kimin sifarişini yerinə yetirirlər. Bir çox ölkələrdə dini zəmində qarşıdurmalar yaradılır, din manipulyasiya vasitəsinə çevrilir. Belə bir şəraitdə dini mövzuda ehtiyatlı olmaq lazımdır”, – deyə din xadimi qeyd edib.

Hacı Şahin ara-sıra özünə qarşı böhtanlara da şahid olduğunu deyib. Belə ki, bəziləri onun texniki təhsil almasını nöqsan bilirlər. Lakin ilahiyyatçı bunu üstünlük hesab edir. Bundan əlavə, ərəb-fars dillərinə, ilahiyyat təhsilinə yiyələnmişəm. Öz elmi fəaliyyətimi öz çıxışımla təsdiqləmişəm. Heç vaxt özümü tərifləmək istəmirəm. Amma görünür ki, bunlar məqsədli şəkildə edilir, – deyə Şahin Həsənli əlavə edib.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə Hacı Şahinin bağ evi, villası və bahalı avtomobili olması haqda fikirlər yer alır. Din xadimi isə bunların hamısının şayiə olduğunu, avtomobilin isə ona hədiyyə olunduğunu açıqlayıb.