Nəcəfdən Kərbəlaya doğru Ərbəin yürüşünün yolunda azərbaycanlı şəhid Sərxan Əliyevin şəkli asılıb. Şəhidin fotosu 313 nömrəli dirəyin üzərinə vurulub. Bu barədə sentyabrın 14-də Giperssilka-ya istinadən Sirat.az xəbər verib.
Sərxan Əliyev 16 yanvar 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid edilib. Azərbaycan Prezidentinin əmri ilə Sərxan Əliyev vəfatından sonra “Vətən uğrunda“ və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.